Millimizin futbolçusu ən yaxşılar sırasında

Milli komandamızın və "Tobol" klubunun qapıçısı Emil Balayev, Qazaxıstan kubokunun yarımfinalında "Kaysar"la ilk oyunun (1:0) ən yaxşı üç futbolçusundan biri olub.

Sportline.az xəbər verir ki,  həmin oyunda iki dəfə komandasını  qoldan xilas edən 24 yaşlı qolkiper "Instat"ın təhlilinə görə, 269 xalla 3-cü nəticə göstərib.

Oyunun ən yaxşısı Cabı Xankav (303) seçilib. Ruslan Valiullin 272 xalla 2-ci olub.