Millimizin futbolçusu sıraya dönür

Milli komandamızın hücumçusu Rüfət Dadaşov sıraya dönür. 

Sportline.az xəbər verir ki, bu haqda "Proyssen"in çalışdırıcısı Marko Antverpen Almaniya mətbuatına açıqlamasında deyib.

Onun sözlərinə görə, zədəsini sağaldan Dadaşov artıq kollektivlə məşqlərə başlayıb. Dadaşovun bu gün  "Mappen"lə oyunda meydana çıxacağı gözlənilir.