Millimizin futbolçusu "Trabzonspor"un hədəfində

21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Səbuhi Abdullazadə karyerasını Türkiyədə davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Sumqayıt"ın yarımmüdafiəçisi ilə "Trabzonspor" maraqlanır.

Türkiyə mətbuatının yazdığına görə, 18 yaşlı hücumameyilli futbolçu haqda müsbət rəy formalaşıb.

Klub rəhbərliyi millimizin üzvünü transfer etmək qərarına gəlib.

Qeyd edək ki, Səbuhi Abdullazadə bu mövsüm "Sumqayıt"ın əsas komandasının heyətində Premyer Liqada 12 matçda iştirak edib.