Millimizin futbolçusu zədələnib

Milli komandamızın futbolçusu Ufuk Budak zədələnib.

Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, PTT Birinci liqanın son turunda qasıq nahiyyəsindən xəsarət alan futbolçu bir müddət yaşıl meydanlardan kənarda qalacaq. "Samsunspor"un müdafiəçisinin sıraya dönəcəyi vaxt haqqında məlumat verilmir. 

Bu üzdən, yenidən milli komandaya dəvət ediləcəyi gözlənilən futbolçunun qarşıdakı toplanışından kənarda qalacağı istisna olunmur.

Qeyd edək ki, yığmamız martın 23-də Bakıda Belarus, 27-də isə Antalyada Makedoniya ilə yoldaşlıq oyunu keçirəcək.