Millimizin oyunu 1 dəqiqəlik sükutla başlayacaq
Azərbaycan millisinin iyunun 8-də Macarıstanla keçirəcəyi 2020-ci il Avropa çempionatının seçmə oyunu 1 dəqiqəlik sükutla başlayacaq.
Sportline.az xəbər verir ki, bu barədə UEFA sabiq prezidenti Lennart Yuhanssonun vəfatı ilə əlaqədar qərar qəbul edib. Qərara əsasən, Azərbaycanın U-21 komandasının iyunun 6-da səfərdə Lixtenşteyn kollektivilə keçirəcəyi AVRO-2021-in seçmə oyununda da mərhum yad ediləcək.
Sayqı duruşu UEFA Millətlər Liqasının bütün qarşılaşmalarına, bu həftə keçiriləcək AVRO-2020-nin təsnifat matçlarına və 21 yaşadək futbolçular arasında seçmə mərhələ oyunlarında yerinə yetiriləcək.
Qeyd edək ki, Lennart Yuhansson 89 yaşında dünyasını dəyişib.