Millimizin oyunu azarkeşsiz keçirilə bilər
Avro-2020-nin seçmə mərhələsinin, Macarıstan - Azərbaycan oyunu azarkeşsiz keçirilə bilər.
Sportline.az verir ki, buna səbəb sentyabrın 9-da Macarıstan - Slovakiya görüşündə, azarkeşlər arasında baş verənlərdir.
Slovakiya mətbuatı UEFA-nın İntizam Komitəsinin hər iki ölkənin federasiyasını cəzalandıracağını yazıb. Komandalar növbəti ev oyununu azarkeşsiz keçirmək cəzası ala bilər. Həmçinin, federasiyaların 20 min avro cərimələnəcəyi gözlənilir.
Qeyd edək ki, Macarıstan oktyabrın 13-də millimizi qəbul edəcək.