Millimizin oyununa hakim təyinatı

Azərbaycan və Macarıstan milli komandaları arasında keçiriləcək AVRO-2020-nin seçmə oyunu üçün təyinatlar açıqlanıb. 

Sportline.az xəbər verir ki, iyunun 8-də keçiriləcək matç hollandiyalı hakimlər briqadasına tapşırılıb. Baş hakim Kevin Bluma Bas van Dongen və Johan Balder yan xətt, Sərdar Gözübüyük isə dördüncü hakim qismində yardımçı olacaq.

Qeyd edək ki, iyunun 8-də "Bakcell Arena"da keçiriləcək görüş saat 20:00-da başlanacaq.