Millimizin oyununda yeni sistem tətbiq olunacaq

Martın 27-də Türkiyənin Antalya bölgəsində keçiriləcək Azərbaycan – Makedoniya yoldaşlıq oyununda VAR (video assistant referee) sistemi tətbiq olunacaq. 

Sportline.az xəbər verir ki, bununla əlaqədar Türkiyə Futbol Federasiyası (TFF) AFFA-ya və Makedoniya Futbol Federasiyasına müraciət edib. Hər iki milli assosiasiya TFF-nin müraciətini müsbət cavablandırıb.

Qeyd edək ki, Mardan" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.