Millimizin rəqibləri müəyyənləşdi: Uels, Macarıstan və Slovakiya

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası Slovakiyada 2000-ci il təvəllüdlü futbolçulardan ibarət yığmalar arasında beynəlxalq turnirə qatılacaq. SportLine.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, mayın 7-də start götürəcək "Slovakia Cup 2018”ə 8 komanda qatılacaq. 

Yarışda Slovakiya, Uels, Macarıstan, ABŞ, Çexiya, Ukrayna və Qazaxıstan yığmaları da mübarizə aparacaq. Azərbaycan millisi meydan sahibləri, Uels və Macarıstanla birgə A qrupunda yer alıb. B qrupunda isə ABŞ, Çexiya, Ukrayna və Qazaxıstan qərarlaşıb. 

Azərbaycan millisinin görüşlərinin təqvimi: 

7 may, saat 14:00

Azərbaycan – Macarıstan

8 may, saat 14:00

Azərbaycan – Uels 

10 may, saat 14:00

Slovakiya – Azərbaycan

Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.