Millimizin rəqibi daha bir itki ilə üzləşdi

Martın 21-də milli komandamızla görüşəcək Xorvatiya seçməsinin daha bir üzvü zədələnib.

Sportline.az xəbər verir ki, söhbət İtaliyanın "İnter" komandasının futbolçusu Marselo Brozoviçdən gedir. 

O, A Seriyasının 27-ci turunun  "Spal"la oyununun (2:0) 42-ci dəqiqəsində ayaq əzələsindən xəsarət alıb.

Futbolçunun uzun müddət meydandan kənarda qalacağı istisna olunmur. 

Qeyd edək ki, 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin Xorvatiya - Azərbaycan görüşü martın 21-də Zaqrebdə keçiriləcək.