Millimizin rəqibi darmadağın oldu

UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan Malta yoldaşlıq görüşündə qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, rəqib Finlandiya seçməsi olub.

Qarşılaşma Skandinaviya təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 5:0.

Qeyd edək ki, Malta bundan əvvəlki yoxlama oyununda Luksemburqa 0:1 hesabı ilə uduzub.