Millimizin rəqibi Gürcüstanla qarşılaşacaq

AVRO-2020-nin təsnifat mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Xorvatiya seçməsi yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. SportLine.az xəbər verir ki, noyabrın 19-a planlaşdırılan görüşdə rəqib Gürcüstan seçməsi olacaq. 

Xorvatiya Futbol Federasiyasının məlumatına görə, matçın təşkil ediləcəyi məkan barədə qarşıdakı günlərdə məlumat veriləcək.

Qeyd edək ki, Xorvatiya AVRO-2020 nin seçmə mərhələsindəki ilk matçını Azərbaycan millisinə qarşı keçirəcək. Martın 21-də Zaqrebdəki “Maksimir” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Yığma sentyabrın 9-da isə Xorvatiya ilə Bakıda görüşəcək.