Millimizin rəqibində itki

Uels millisinin futbolçusu Devid Bruks Avro-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarsıtanla oyunları buraxacaq.

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, "Bornmut"un futbolçusu zədədən sonra məşqlərə qayıtsa da, milliyə çağırılmayacaq. Yığmanın baş məşqçisi Rayan Qiqqz zədədən yeni qayıtdığı üçün 22 yaşlı yarımmüdafiəçiyə ehtiyac duymayıb.

Qeyd edək ki, noyabrın 16-da Bakıda Azərbaycanın qonağı olacaq Uels bundan üç gün sonra Kardiffdə Macarıstanı qəbul edəcək.