Millimizin rəqibində yeni baş məşqçi

Malta millisinin yeni baş məşqçisi məlum olub.

Sportline.az xəbər verir ki, komandanı bundan sonra Devis Manca çalışdıracaq. İtaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. 45 yaşlı çalışdırıcı bu vəzifədə Ray Farrucanı əvəzləyib.

Malta yığması martın 30-da Azərbaycanla yoxlama görüşü keçirəcək.