Millimizin rəqibləri məlum oldu

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Avropa Super Finalındakı rəqibləri məlum olub.

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir k, seçməmiz Bolqarıstan, Rumıniya və Çexiya ilə birgə eyni qrupda mübarizə aparacaq. 

Bu mərhələnin oyunları sentyabrın 5-dan 8-dək Portuqaliyanın Fiqeyro şəhərində keçiriləcək.

Millinin oyunlarının təqvimi:

5 sentyabr, saat 15:45

Bolqarıstan – Azərbaycan

6 sentyabr, saat 15:45

Azərbaycan – Rumıniya

7 sentyabr, saat 15:45

Azərbaycan – Çexiya

Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.