Millimizin üç futbolçusu Rusiya klubunda
Qadınlardan ibarət milli futbol komandasının 3 üzvü karyerasını Rusiyada davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, millimizin üzvləri Hacıyeva Nərgiz, Mollayeva Manə və Seyfəddinova Vüsalə Rusiyanın “Ryazan” klubuna transfer olunub.
Onların hər biri ilə 5 aylıq müqavilə imzalanıb.