Millimizin üzvü 6 qolluq oyunda

Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 14-cü turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, milli komandamızın üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” doğma meydanda “Çemnitser”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 3:3.

Rüfət də bu görüşün iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana buraxılıb. Cari mövsümdə 4 qol vuran millimizin forvardı bu oyunda fərqlənə bilməyib.

Münster klubu 14 turdan sonra 12 xalla 20 kollektiv arasında 19-cu yerdədir.