Millimizin üzvü "77"-də başladı

Almaniya 3-cü Bundesliqasında 14-cü turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, millimizin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” bu turda doğma meydanda “Kemnitzer”lə qarşılaşıb. Matç 3:3 hesabı ilə başa çatıb.

R. Dadaşov görüşə ehtiyat oyunçular skamyasında başlayıb və 77-ci dəqiqədə hesab 2:2 olarkən meydana daxil olub.

Münster klubu hazırda 12 xalla 20 komanda arasında 19-cu pillədə qərarlaşıb.