Millimizin üzvü Almaniya klubu ilə müqavilə bağladı
U-19 millimizin üzvü Barış Ekincier Almaniya ikinci Bundesliqasında yarışan "Bohum"la peşəkar müqavilə imzalayıb.
Sportline.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi 2 illik müqaviləyə qol çəkib.
Qeyd edək ki, “Rot-Veiss Essen”in yetirməsi olan Barış Ekincier “Bohum”a ötən ilin yayında keçib.