Millimizin üzvü baş məşqçisiz qaldı

Millimizin üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Proyssen” klubu baş məşqçisi Sven Hübşeri istefaya göndərilib.

Sportline.az xəbər verir ki, baş məşqçi ilə yanaşı, köməkçisi Tobias Helviq də yola salınıb. 

"Proyssen"i müvəqqəti olaraq klubun U-19 komandasının baş məqçisi Arne Barez çalışdıracaq.

Qeyd edək ki, "Proyssen" 17 oyundan sonra 13 xalla 20 komanda arasında 19-cu yerdədir.