Millimizin üzvü Türkiyəyə yollanacaq
Millimizin üzvü Riçard Almeydanın çıxış etdiyi "Astana"nın qış hazırlıq planı açıqlanıb.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, Qazaxıstan təmsilçisi, təlim-məşq toplanışına yanvarın 15-dən 30-dək Birləşmiş Ərəb Əmirliklərində start verəcək.
Hazırlığın ikinci hissəsi 3-24 fevralda Türkiyədə olacaq.
Qeyd edək ki, hazırlığa yenidən kluba dönən Roman Qriqorçuk rəhbərlik edəcək.