Millimizin üzvü dubl etdi
Çexiyanın gənclər liqasında yeni mövsümü başlanıb.
Sportline.az xəbər verir ki, U-21 millimizin üzvü Fərid Nəbiyevin çıxış etdiyi "Slaviya” ilk turda "Viktoriya”nı qəbul edib. "Slaviya" 3-cü dəqiqədə hesabda geri düşsə də, futbolçumuz 20 və 35-ci dəqiqələrdə dubl edərək komandasını önə keçirib. Oyun Praqa təmsilçinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu 83-cü dəqiqədə sarı vərəqə alıb və 2 dəqiqə sonra əvəzlənib.