Millimizin üzvü əfsanəvi klubun maraq dairəsində

"Qəbələ"nin müdafiəçisi Bəhlul Mustafazadənin Şotlandiyada daha bir klubun maraq dairəsinə düşməsi haqda xəbər yayılıb. 

Sportline.az xəbər verir ki, bu barədə Şotlandiya mətbuatı iddia irəli sürüb. "Rangersnews.uk" saytı  millimizin üzvü ilə "Seltik"lə yanaşı, əzəli rəqibi "Reyncers"in də maraqlandığını yazıb.

"Liverpul"un canlı əfsanəsi Stiven Cerardın çalışdırdığı Qlazqo təmsilçisinin futbolçunun keçidində "Qəbələ"nin sabiq futbolçusu Endi Hallideyin köməyindən istifadə edəcəyi bildirilir.

Qeyd edək ki, "Qəbələ" Futbol Akademiyasının yetirməsi olan 23 yaşlı futbolçunun klubu ilə müqaviləsi mövsümün sonuna qədərdir. (qol.az)