Millimizin üzvü Ermənistan klubu ilə oynaya bilər

Millimizin üzvü Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" Bolqarıstanda təlim-məşq toplanışına başlayıb.

Sportline.az xəbər verir ki, Ukrayna Premyer Liqa təmsilçisi toplanış çərçivəsində üç yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblər "Qandzasar" (Ermənistan), "Altın Asır" (Türkmənistan) və AEL (Kipr) klublarıdır.