Millimizin üzvü fərqləndi

Milli komandamızın üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Proyssen” yoxlama oyunu keçirib.

Sportline.az xəbər verir ki, Almaniya klubu Hollandiya təmsilçisi "Herakles”lə qarşılaşıb. 

Oyun hollandların 3:1 hesablı qələbəsi ilə başa çatıb. 90 dəqiqə meydanda olan Rüfət Dadaşov 54-cü dəqiqədə penaltidən bərabərlik qolunu vurub.