Millimizin üzvü görüşün ən yaxşısı seçilib
"Tobol"un şərəfini qoruyan Emil Balayev Qazaxıstan çempionatının 3-cü turunda Karaqanda “Şaxtyor”u ilə qarşılaşıb.
Sportline.az xəbər verir ki, iki dəfə komandasını real qoldan xilas edən millimizin qapıçısı “Instat”ın təhlilinə görə hamını qabaqlayayraq görüşün ən yaxşısı olub. Çıxışı 286 xalla qiymətləndirilən Balayevin komanda yoldaşları - Fernandey Kassay 271 xalla 2-ci, Aleksander Kleşenko isə 264 xalla 3-cü olub.
Xatırladaq ki, qarşılaşama "Tobol"un minimal hesablı qələbəsi ilə yekunlaşıb.