Millimizin üzvü Gürcüstan çempionatında fərqləndi

U-21 millimizin üzvü Fərid Nəbiyev Gürcüstanın “Şevardani” komandasının heyətində növbəti qolunu vurub.

Sportline.az xəbər verir ki, Gürcüstan 2-ci liqasının 8-ci turunda səfərdə “Şukura” ilə qarşılaşan "Şevardani" 3:2 hesablı qələbə qazanıb.

Start heyətdə meydana çıxan və 68-ci dəqiqədə əvəzlənən Nəbiyev komandasının ilk qolunu vurub. Həmçinin, Fərid  qol ötürməsi ilə də komandasına fayda verib.

Qeyd edək ki, bu, Fərid Nəbiyevin Gürcüstanda 2-ci qoludur.

8 turdan sonra hesabında 11 xal olan “Şevardeni” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.