Millimizin üzvü iki oyunu buraxacaq

"Qəbələ" ilə yoxlama matçında (2:3) zədələnən "Səbail"in futbolçusu Mirabddulla Abbasovun durumuna aydınlıq gəlib. 

Klubun mətbuat xidmətindən Sportline.az-a verilən məlumata görə, 24 yaşlı hücumçu "Sabah"la yanaşı, "Neftçi" ilə oyunu da buraxmalı olacaq. Azərbaycan millisinin də şərəfini qoruyan oyunçunun XIV turda "Zirə" ilə səfər matçında oynaması ehtimal olunur. 

Qeyd edək ki, "Səbail" XII turda bu gün "Sabah"ı qəbul edəcək. Qarşılaşma saat 15:00-da başlanacaq. Mirabdulla Abbasov müqavilə ilə "Neftçi" klubuna məxsusdur.