Millimizin üzvü ikinci oldu

Milli komandamızın və "Tobol"un qapıçısı Emil Balayev, Qazaxıstan klubunda başa çatan mövsümdə fərqlənənlər siyahısına düşüb. Sportline.az xəbər verir ki, 25 yaşlı futbolçu geridə qalan mövsüm "Tobol"un heyətində ən çox meydanda olan 3 futbolçudan biridir.

O, komanda yoldaşı Ruslan Valiullindən yalnız 25 dəqiqə geri qalaraq ikinci yeri tutub.

Emilin aktivində 31 oyunda ümumilikdə 2790 dəqiqə var.