Millimizin üzvü küçələrdə bilet satır

Milli komandamızın və Almaniyanın "Erzgebirge" klubunun üzvü Dmitri Nazarov maraqlı kampaniyada iştirak edib.

Sportline.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi komanda yoldaşı Pskal Testroetlə birgə klubun təmsil olunduğu Aue şəhərinin küçələrində "Xaydenxaym"la oyunun biletlərini satıblar.

Qeyd edək ki, "Erzgebirge" - "Xaydenxaym" matçı noyabrın 2-də keçiriləcək.