Millimizin üzvü oynamadı, "Beşiktaş" mərhələ adladı
Türkiyə Kubokunda ilk yarımfinalçı müəyyənləşib. SportLine.az xəbər verir ki, səfərdə "Gənclərbirliyi" ilə qarşılaşan "Beşiktaş" qələbə qazanmaqla mərhələ adlayıb. Matçın taleyini Mustafa Pektemeyin vurduğu qol həll edib.
Azərbaycan millisinin üzvü D.Yılmazın adı bu oyun "Gənclərbirliyi"nin iştirak ərizəsinə salınmayıb. O, zədə səbibilə görüşü buraxıb.
Qeyd edək ki, Ankara təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə nəticələnin ilk görüşdə D.Yılmaz komandasının yeganə qoluna imza atmışdı.