Millimizin üzvü "Qarabağ"ın məşqinə qatılıb

"Qarabağ" Antalyadakı təlim-məşq toplanışına aşağı yaş qruplarından bir neçə futbolçu cəlb edib.

Sportline.az xəbər verir ki, onlardan biri də, baş məşqçi Qurban Qurbanovun oğlu Musa Qurbanlıdır.

17 yaşı hələ tamam olmayan mərkəz hücumçusu U-19 millimizin üzvüdür. O həmçinin, Ağdam klubunun əvəzedici heyətində oynayır.

Qeyd edək ki, "Qarabağ"ın Antalya toplanışı yanvarın 27-dək davam edəcək.