Millimizin üzvü qələbədə pay sahibi olub

Milli komandamızın yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Erzgebirge Aue" növbəti yoxlama oyununu keçirib.

Sportline.az xəbər verir ki, Aue təmsilçisi Danimarkanın birinci divizionunun  "Frederisiya" klubu ilə qarşılaşıb.

Görüş "Erzgebirge"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Almaniyalılar hər iki qolu Nazarov meydana çıxdıqdan sonra vurublar.

Qeyd edək ki, matça ehtiyatda başlayan Nazarov 71-ci dəqiqədə oyuna daxil olub.