Millimizin üzvü qələbəyə sevindi

Ukrayna Premyer Liqasında 15-ci turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, millimizin futbolçusu Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" doğma meydanda "Zarya" ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

P. Paşayev start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.
 
Qeyd edək ki, "Aleksandriya" hazırda 27 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.