Millimizin üzvü qovuldu

Futbol üzrə İspaniya Sequndasında 20-ci turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, millimizin üzvü Eddi İsrafilovun çıxış etdiyi “Albasete” səfərdə “Rayo Valyekano” ilə qarşılaşıb. Amma bu matç yarıda qalıb. Belə ki, ilk hissənin sonlarında, hesab 0:0 olarkən “Albasete”nin ukraynalı hücumçusu Roman Zozulya yerli fanatlar tərəfindən təhqir olunub, faşist şüarları səsləndirilib. Bunu görən matçın baş hakimi oyunun təxirə salınmasına qərar verib.

İsrafilov da bu oyunun iştirakçısı olub. Amma maraqlıdı ki, matç dayandırılmazdan öncə, 45+4-cü dəqiqədə birbaşa qırmızı vərəqə alan millimizin üzvü meydandan qovulub.

“Albasete” hazırda 27 xalla 22 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.