Millimizin üzvü rəsmən "Astana"da

Qazaxıstanın "Astana" klubu milli komandamızın futbolçusu Riçard Almeyda ilə müqavilə bağlayıb. 

Sportline.az xəbər verir ki, braziliyalı ilə müqavilənin müddəti və detalları açıqlanmır.

Qeyd edək ki, Riçard Almeyda 2012-ci ildən "Qarabağ"da oynayıb. O, 2017-ci ildə Azərbaycan vətəndaşlığını qəbul edərək, milli komandada debüt edib. Millinin heyətində 8 oyuna çıxan Almeydanın "Qarabağ"la 2017-2018 mövsümünün sonunda başa çatan müqaviləsi uzadılmayıb.