Millimizin üzvü Rusiya klubunda
Qızlardan ibarət milli komandamızın və Sumqayıtın "Uğur" klubunun üzvü Vüsalə Seyfəddinova karyerasını ölkə xaricində davam etdirəcək.
Sportline.az xəbər verir ki, 19 yaşlı futbolçu Rusiyanın "Ryazan JFK" komandasına transfer olunub.
Onun bu gün Rusiya kuboku çərçivəsində keçirələcək "Ryazan" - "Torpedo" maçında meydana çixacağı gözlənilir.
Qeyd edək ki, Şəkinin "Gənclik" komandasının yetirməsi olan Vüsalə "Uğur" komandasında ölkə çempionu və ölkə kubokunun sahibi olub. O, kubokda ən çox qol vuran futbolçu seçilib.
Xatırladaq ki, son ölkə çempionu olan "Ryazan" bu mövsüm UEFA Çempionlar Liqasinda mübarizə aparacaq. Bu komandanın heyətində daha iki azərbaycanlı futbolçu - Manə Mollayeva (son klubu "Kubanoçka") və Nərgiz Haciyeva da ( son klubu "Uğur") çıxış edir.