Millimizin üzvü "Sabah" klubunda

Türkiyə I liqa təmsilçisi "Giresunspor"un formasını geyinən, U-21 millimizin üzvü Ozan Can Kökcü "Sabah" klubuna transfer olunub.

Sportline.az xəbər verir ki, bu haqda Türkiyə təmsilçisinin saytı məlumat yayıb. Müqavilənin şərtləri hələ aşıqlanmır.

Qeyd edək ki, Ozan Can Kökcü Hollandiyanın “Valveyk” və Türkiyənin “Bursaspor” klublarının da şərəfini qoruyub.