Millimizin üzvü "Sanderlend"in maraq dairəsində

"Sabah"ın və Azərbaycan millisinin üzvü Bəhlul Mustafazadə karyerasını İngiltərədə davam etdirə bilər.

Sportline.az the72.co.uk saytına istinadən xəbər verir ki, "Sanderlend" qış fasiləsində 22 yaşlı futbolçunu transfer etmək üçün "Sabah"a təklif ünvanlayacaq. "Sabah"ın "qara pişiklər"dən böyük rəqəm tələb etməyəcəyi vurğulanıb.

"Sanderlend" İngiltərə I Liqasında (səviyyəcə 3-cü divizion) çıxış edir.