Millimizin üzvü üçün yeni baş məşqçi

Milli komandamızın üzvü Rüfət Dadaşovun şərəfini qoruduğu "Proyssen"nə yeni baş məşqçi təyin olunub.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, III Bundesliqa təmsilçisi Saşa Hildmanna tapşırılıb. O, dekabr ayının əvvəlində istefaya göndərilən Sven Hübşeri əvəzləyib. Alman mütəxəssislə cari mövsümün sonuna kimi müqavilə imzalanıb.

20 turdan sonra 16 xalı olan "Proyssen" 20 komanda arasında 19-cu pillədə qərarlaşıb. Qeyd edək ki, millimizin forvardının Tailand klubuna keçidi ilə bağlı dünən xəbər yayılsa da, məlumat Almaniya klubu tərəfindən təsdiqlənməyib.