Millimizin üzvü Vəli Qasımovun sabiq klubunda

Milli komandamızın yarımmüdafiəçisi Eddi İsrafilov, İspaniyanın “Alkorkon” klubundan ayrılıb.

Sportline.az xəbər verir ki, 27 yaşlı futbolçu, İspaniya Sequndasının digər təmsilçisi  “Albasete”də çıxış edəcək. 

Eddinin ötən ilin yanvarından formasını geyindiyi “Alkorkon”la 2020-ci ilə qədər müqaviləsi var idi.

Qeyd edək ki, veteran futbolçumuz Vəli Qasımov da vaxtı ilə "Albasete"nin şərəfini qoruyub.