Millimizin üzvünün komandası 1/4 finalda

Ukrayna kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. 

Sportline.az xəbər verir ki, Azərbaycan seçməsinin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” öz meydanında “Zarya” ilə qarşılaşıb.

Matçın əsas vaxtında qalib müəyyənləşməyib – 1:1. Penaltilər seriyasında 5:4 hesabıyla qalib gələn “Aleksandriya” 1/4 finala vəsiqə qazanıb.
 
Paşayev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.