Millimizin Xorvatiya üçün hazırlıq planı müəyyənləşdi
Azərbaycan millisinin yeni baş məşqçisi Nikola Yurçeviçin Xorvatiya ilə AVRO-2020-nin seçmə qrup mərhələsinin ilk tur oyunu üçün hazırlıq planı müəyyənləşib.
SportLine.az Sportnet.az saytına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis bu ay ərzində yığmaya namizədləri tanışlıq xarakterli təlim-məşq toplanışına çağıracaq. Bir neçə günlük toplanışın Bakıda təşkili nəzərdə tutulub. Xorvatiya ilə qarşılaşma ərəfəsində isə növbəti hazırlıq prosesi planlaşdırılır.
Qeyd edək ki, martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək Xorvatiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.