Millimizlə oyun ərəfəsində Slovakiyanın heyətində dəyişiklik

AVRO-2020-nin seçmə mərhələsinin son turunda, millimizla görüşəcək Slovakiya komandasının heyətində dəyişiklik olub.

Sportline.az xəbər verir ki, baş məşqçi Pavel Hapal düşərgəyə yeni qapıçı cəlb edib.

Belə ki, "Jilina"nın qolkiperi Dominik Holek yığmaya dəvət edilib. Holek komandası ilə dünənki məşqdə də iştirak edib. 25 yaşlı qapıçı səhhətində problem yaşayan ehtiyat qapıçı Dominik Qreyfi əvəzləyib. Hapal Qreyfi riskə atmamaq üçün bu dəyişikliyə ehtiyac duyduqlarını açıqlayıb. Qreyf məşqə çıxmasa da, yığmanın düşərgəsini tərk etməyəcək.

Qeyd edək ki, sabah Trnavada keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.