Millimiz Slovakiyaya qalib gəldi

Bu gün Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Bakıda Slovakiyanı qəbul edib. “Dalğa Arena”da keçiriləcək qarşılaşma Azərbaycan millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qrupun ilk oyununda Lixtenşteynə uduzan (0:1) yığma növbəti matçı sentyabrın 10-da "Dalğa Arena"da Gürcüstana qarşı olacaq.

Avropa çempionatı
Seçmə mərhələ
II tur

6 sentyabr (cümə)

20:30. Azərbaycan - Slovakiya - 2:1

Qollar: Barış Ekincier, 7, 90+2 - Lubomir Tupta, 82
Baş hakim: Deyan Yakimovski (Şimali Makedoniya)
Bakı. "Dalğa Arena"