Millinin baş məşqçi postuna yeni namizəd
Xorvatiyanın "Dinamo” (Zaqreb) komandasının sabiq baş məşqçisi Nikola Yurçeviç Azərbaycanın əsas millisinə təklif olunub.
Sportline.az "Report”a istinadən xəbər verir ki, hazırda işsiz olan 53 yaşlı xorvatiyalı mütəxəssis karyerasını yığmada davam etdirməkdə maraqlıdır. Onun namizədliyi menecerlər vasitəsilə irəli sürülüb.
N.Yurçeviç Xorvatiya yığmasında Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki ilə komanda yoldaşı olub. O, uzun müddət Xorvatiya futbolunun daha bir tanınmış siması – Slaven Biliçlə birgə çalışıb. 2002-ci ildə vətənində "Zaqreb” komandasında baş məşqçi kimi fəaliyyətə başlayan sabiq yarımmüdafiəçi növbəti mövsümdə Zareb "Dinamo”suna, 2005-ci ildə isə Avstriyanın "Austriya” və Xorvatiyanın "Slaven Belupo” kollektivlərinə rəhbərlik edib.
Bundan sonra S.Biliçin məşqçi korpusunda yer alan N.Yurçeviç Xorvatiya millisində (2006 - 2012), eləcə də Rusiyanın "Lokomotiv”, Türkiyənin "Beşiktaş” və İngiltərənin "Vest Hem” komandalarında köməkçi-məşqçi funksiyasını yerinə yetirib.