Millinin baş məşqçisi istefaya göndərildi

Özbəkistan milli komandasının baş məşqçisi Ektor Kuper istefaya göndərilib.

Sportline.az xəbər verir ki, argentinalı mütəxəssis komandanın uğursuz çıxışlarına görə vəzifəsindən uzaqlaşdırılıb.

Qeyd edək ki, ötən ilin yayında milliyə baş məşqçi təyin edilən 63 yaşlı Kuper 3+1 illik müqaviləyə qol çəkmişdi. Komanda onun rəhbərliyi altında bu il Asiya Kubokunun 1/8 finalında Avstraliyaya penaltilər seriyasında uduzub. Komanda DÇ-2022-nin seçmə mərhələsində son olaraq Fələstinə uduzub - 0:2.