Millinin elit-raund üçün heyəti müəyyənləşdi
Aprelin 1-dən 11-dək Finlandiyada keçiriləcək Avropa çempionatının elit-raund mərhələsinə qatılacaq 19 yaşadək qızlardan ibarət milli komandanın heyəti və oyunların təqvimi müəyyənləşib.
Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, heyət və təqvim belədir:
Nigar Abdulova ("Keşlə"), Sudə Topçu ("Antalya Döşəməaltı Bələdiyyə Spor", Türkiyə), Pəritan Bozdağ ("Konak Bələdiyyə Spor", Türkiyə), Ayşən Əhmədova ("Gənclik"), Cəmilə Hüseynova ("Qubek"), Həqiqət Qasımova ("Təhsil"), Vüsalə Hacıyeva ("Sumqayıt"), Vüsalə Seyfətdinova ("Gənclik"), Dilgə Uyğun ("Ayntraxt", Almaniya), Öznur Tas ("Antalya Döşəməaltı Bələdiyyə Spor", Türkiyə), Aytən İbadova ("Qubek"), Firəngiz Teymurova ("Keşlə"), Nino Qurqenidze ("Martve", Gürcüstan),
Rövşanə Sərdarlı ("Gənclik"), Mərvə Özdəmir ("Ayntraxt", Almaniya), Muazəz Yağmur Özkumru ("Konak Bələdiyyə Spor", Türkiyə), Çağla Miray Kanpara ("Herta 03 Zehlendorf", Almaniya), Ülkü Özdəmir ("Montabaur", Almaniya), Arzu Əliyeva ("Sumqayıt"), Haticə Özdəmir ("Montabaur", Almaniya)
4 aprel
13:30. Fransa - Azərbaycan
7 aprel
13:30. Belçika - Azərbaycan
10 aprel
19:30. Azərbaycan – Finlandiya