Millinin FİFA reytinqindəki mövqeyi

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. SportLine.az xəbər verir ki, Azərbaycan millisinin mövqeyində dəyişiklik olmayıb. Hesabında 245 xalı olan seçməmiz 126-cı yerdə qərarlaşıb.

Siyahıya yenə Almaniya millisi başçılıq edir. Braziliya 2-ci, Belçika 3-cüdür.

1 (1). Almaniya - 1544
2 (2). Braziliya - 1384
3 (3). Belçika - 1346
4 (4). Portuqaliya - 1306
5 (5). Argentina - 1254
6 (6). İsveçrə - 1179
7 (7). Fransa – 1166
8 (8). İspaniya – 1162
9 (9). Çili – 1146
10 (10). Polşa - 1128

UEFA Millətlər Liqasındakı rəqiblərimizdən Farer adaları 93, Kosovo 152, Malta 185-cidir.

Aktivində 714 xalı olan Türkiyə millisi planetin 37-ci güclü komandasıdır.