Millinin Fransa və İsveçrə ilə oyunlar üçün heyəti
21 yaşadək futbolçulardan ibarət milli komandanın, Avropa çempionatının seçmə qrup mərhələsində Fransa və İsveçrə ilə oyunlar üçün heyəti açıqlanıb.
Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Milan Obradoviç 23 oyunçuya dəvət göndərib.
Qeyd edək ki, U-21 oktyabrın 10-da Kale şəhərindəki “Stade de l'Épopée”də Fransanın, ayın 15-də isə Sumqayıtdakı “Kapital Bank Arena”da İsveçrənin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.
Komanda oktyabrın 6-da və 7-də, həmçinin 12-dən 16-dək Bakıda, ayın 8-dən 11-dək isə Fransada təlim-məşq toplanışında olacaq,
| № | ADI / SOYADI | KLUB |
| 1 | Kamran İbrahimov | Neftçi |
| 2 | Şahin Zəkiyev | Keşlə |
| 3 | Nicat Mehbaliyev | Sumqayıt |
| 4 | Amin Seydiyev | Qəbələ |
| 5 | Turan Manafov | Səbail |
| 6 | Murad Qayalı | Keşlə |
| 7 | Nihad Tamazov | Qarabağ |
| 8 | Anton Krivotsyuk | Neftçi |
| 9 | Elçin Mustafayev | Sabah |
| 10 | Hüseyin Seyliğli | Darica Genclerbirliyi (Türkiyə) |
| 11 | Rafael Məhərrəmli | Zirə |
| 12 | Hacıağa Hacılı | Qarabağ |
| 13 | Fərid Nəbiyev | Slaviya Praqa (Çexiya) |
| 14 | Barış Ekincier | SK Austria Klagenfurt (Avstriya) |
| 15 | Rövlan Muradov | Qəbələ |
| 16 | Səbuhi Abdullazadə | Sumqayıt |
| 17 | Tural Bayramlı | Keşlə |
| 18 | Şakir Seyidov | Sabah |
| 19 | İsmayıl İbrahimli | Qarabağ |
| 20 | Elvin Cəfərquliyev | Sumqayıt |
| 21 | Ozan Can Kökcü | Sabah |
| 22 | Süleyman Əhmədov | Sumqayıt |
| 23 | Doğukan Öksüz | Eyüpspor (Türkiyə) |